Avtoyuma məntəqəsindən avtomobil qaçırılıb

Avtoyuma məntəqəsindən avtomobil qaçırılıb
13:18 14 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/

Mingəçevirdə avtomobil avtoyuma məntəqəsindən qaçırılıb.

Mingəçevir şəhər Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də Mingəçevir şəhəri Rsəul Rza küçəsində yerləşən avtoyuma məntəqəsində Yevlax rayon sakini Süleyman Məmmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Mingəçevir şəhər sakini Təbriz Eyvazov Yevlax rayonu ərazisində yaxalanaraq Mingəçevir polisinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2353091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR