Bakıdakı bu yol nişanından dünyanın heç yerində yoxdur - Düzəltdilər - FOTO

Bakıdakı bu yol nişanından dünyanın heç yerində yoxdur - Düzəltdilər - FOTO
10:32 12 Fevral 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 9 ünvanında nişanlamada səhvə yol verilib.Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, prospektdə avtomobillərin dönməsi üçün nəzərdə tutulan ara yolda iki əks istiqamət üzrə dönmə işarələri qoyulub. Həmin yerin avtomobillərin parklanması, yoxsa dönmə üçün nəzərdə tutulduğu  anlaşılmır.Nəqliyyat eksperti Ərşad Hüseynov deyib ki, belə yol nişanlaması ola bilməz: "Bu, sadəcə, əlinэ təbaşir keçmiş bir dəcəl uşağın asfaltda şəkil çəkməsinə bənzəyir. Belə yol hərəkətinin təşkili ola bilməz. Bu, ayrıcı zolağın ortasında kəsikdir, dönmə yeridir. Hətta orada sola da dönmək olar, hərəkətin təşkilinə baxır. Orada çox şey etmək olar, amma belə hərəkətin təşkili yoxdur. Orada standarta, qanuna uyğun heç nə yoxdur".Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bakupost-a bildirib ki, bu, nişanlanmada yol verilən səhvin nəticəsidir: "Artıq BNA tərəfindən məsələ nəzarətə götürülüb və aradan qaldırılması üçün tapşırıq verilib. Parklanma məsələsinə gəlincə, orada nəqliyyat vasitəsini saxlamaq qadağandır".Bir qədər əvvəl məsələ həll edilib və nişanlanma xətləri qaydasına salınıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/729769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR