Ermənistan Polis İdarəsinin rəisi istefaya göndərilir

Ermənistan Polis İdarəsinin rəisi istefaya göndərilir
10:57 12 Fevral 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Ermənistan Polis İdarəsinin rəisi Valeri Osipyan yaxın zamanlarda tutduğu vəzifədən azad ediləcək.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazıb.
Nəşrin məlumatına görə, hazırda V.Osipyanın istefaya göndərilməsi barədə ictimai tələb formalaşdırılması üzərində işlər aparılır.
Qəzet yazır ki, artıq respublikanın polis rəisi vəzifəsi uğrunda amansız mübarizə başlayıb.
Qeyd olunur ki, V.Osipian Baş nazir Nikol Paşinyanın təklifi ilə 2018-ci il mayın 10-da Ermənistan polisinin rəisi təyin edilib. Daha əvvəl o, Yerevan polis rəisinin müavini vəzifəsində işləyib və son illərdə bütün kütləvi nümayişlərdə hüquq-mühafizə orqanlarının işinə birbaşa nəzarət edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-polis-i-daresinin-reisi-istefaya-gonderilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR