Bakıda ər arvadını qısqandı, boğazını kəsdi

Bakıda ər arvadını qısqandı, boğazını kəsdi
11:12 12 Fevral 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda qısqanc ər həyat yoldaşını boğazını kəsərək qətlə yetirib.Milli.Az ölkə.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonu, İsfahani küçəsi, döngə 1-də baş verib. Tufan Qurbanov yaşadığı mənzildə bıçaqla həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qurbanova Lalə Həsən qızının boğazını kəsib. Qadın aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib. Binəqədi RPİ-si 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tufan Qurbanov saxlanılaraq rayon prokuorluğuna təhvil verilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İlkin dindirmələr zamanı məlum olub ki, T.Qurbanov həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/729805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR