Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
11:15 12 Fevral 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual edilən vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin yük yerində gizlədilən, üzərində "King" yazısı olan 3400 ədəd tütün məmulatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3018122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR