"Erotika yoxdur demək nadanlıqdır, biz bəyəm ağacda bitirik?” - Aqil yataq səhnəsi haqda

"Erotika yoxdur demək nadanlıqdır, biz bəyəm ağacda bitirik?” - Aqil yataq səhnəsi haqda
11:47 12 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Tanınmış rejissor Aqil M.Quliyev yataq səhnəsinə münasibətindən danışıb.Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən rejissor bədən forması imkan verəcəyi təqdirdə, açıq-saçıq filmlərə çəkiləcəyini istisna etməyib:"Əgər yaxşı formada olsam, yataq səhnəsinə çəkilərəm. Çünki kadrda əgər bədən görünürsə, estetik tələblərə uyğun olmalıdır. Fərqi yoxdur, istər qadın olsun, istərsə də kişi. Mən o formada deyiləm. Buna görə də filmimdə baxımlı bir aktyoru belə bir obraza çəkərəm. Niyə də yox? Bu həyatımızın bir hissəsidir. Bizdə erotika yoxdur demək nadanlıqdır. Necə yəni yox, olmaz. Biz bəyəm ağacda bitirik?"Rejissor şəxsi həyatından da danışıb. Qadında səmimiyyət və sədaqəti qiymətləndirdiyini deyən M.Quliyev "Aqili yoldan edə biləcək qadın varmı?" sualını da cavablandırıb:"Qadında ən yüksək qiymətləndirdiyim keyfiyyət səmimiyyət və sədaqətdir. İnanmıram məni yoldan edən bir qadın olsun".Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/729803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR