“Qəbrini yox, özünü görmək istəyirəm” - Anar Nağılbazın qızından ürək dağlayan SÖZLƏR – VİDEO

“Qəbrini yox, özünü görmək istəyirəm” - Anar Nağılbazın qızından ürək dağlayan SÖZLƏR – VİDEO
11:58 12 Fevral 2019
Ölkə mətbuatı
A- A+

ARB TV-nin “Show news” proqramının növbəti müsahibi mərhum reper Anar Nağılbazın həyat yoldaşı Anjelika olub.

Publika.az xəbər verir ki, o, uşaqlarının ataları üçün darıxdığını bildirib:

“Anarı yuxumda gördüm. Dedi ki, tərpənə bilmirəm. Üzü həm görünürdü, həm görünmürdü, qarışıq yuxu gördüm. Fikirləşdim, bəlkə paltarları qalıb ona görə ruhu narahatdır. Yaxşı olardı ki, ailəmiz dağılmayaydı. Özünə də demişdim ki, gün gələcək ailəmizi dağıdacaqlar, peşman olacaqsan. Anarın oğlunu ləkələmək istəyənlər bilsin ki, vaxt gələcək Anarın ətrafında fırlandıqları kimi Tamerlanın da ətrafına fırlanacaqlar. Qızım dedi ki, atamçün darıxmışam. Dedim gedərik qəbri üstə, dedi, daşı yox, atamı görmək istəyirəm. Bizdən uzaq olsa belə, bilirdim ki, ataları var”.

Reperin oğlu Tamerlan atasının arzularını gerçəkləşdirəcəyini bildirib:

“Atamın mahnılarını ifa etmək istəyənlər məndən icazə almalıdırlar. Çünki mən atamın yeganə oğluyam. Atamın arzularını gerçəkləşdirəcəm. Polis olmaq istəyirdim, atam məni hər zaman dəstəkləyirdi”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/269299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR