RƏZALƏT! 9 yaşındakı qıza təcavüz etmək istədi - HƏBS OLUNDU

Türkiyə Ispartanın Yalvaç rayonunda, Fəxrəddin Ü. (75) oğluna məxsus baqqal dükanında qız uşağı N.T.ye (9) cinsi istismarda olduğu iddiası ilə saxlanılıb.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, Yalvaç rayonu Kuyucak kəndində yaşayan evli və 4 uşaq atası Fəxrəddin Ü, dünən kömək etmək üçün oğlu M.Ü.yə aid baqqal dükanına gedib.

Fəxrəddin Ü.nün dükanda tək olduğu zaman alış-veriş üçün N.T. adlı qız uşağı gəlib. İddiaya görə, Fəxrəddin Ü, şokolad verdiyi uşağı əvvəl əllə təcavüz edib, sonra da dükanın qapısını kilidləyib, N.T.yə cinsi istismara cəhd edib.

N.T, evə gedib və hadisəni anasına danışıb. Anası da dərhal jandarmaya xəbər verib. Fəxrəddin Ü, jandarm dəstələri tərəfindən saxlanılıb. Fəxrəddin Ü. ittihamları rədd edərkən, jandarm iş yerindəki təhlükəsizlik kamerasına aid qeydləri araşdırmağa başlayıb.

Cinsi hücum sonrası xəstələndiyi bildirilən N.T, Süleyman Dəmirəl Universiteti Araşdırma və Tətbiq Xəstəxanasında müalicə altına alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR