"Poqbadan topu almaq mümkünsüz kimidir" - Tomas Tuhel

"Poqbadan topu almaq mümkünsüz kimidir" - Tomas Tuhel
13:22 12 Fevral 2019
62 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in əsas  futbolçusu Pol  Poqbadır. Ondan topu almaq mümkünsüz kimidir. Təkbətək mübarizədə çox güclüdür. Hər an fərq yarada bilir. Hazırda komandada lider  kimi oynamağa başlayıb. Martialla bir-birlərini çox yaxşı başa düşürlər. Bir sözlə, çox təhlükəli futbolçudur".Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.O, komandanı aparıcı futbolçuları Edinson KavaniNeymarın oynamamağına da  münasibət bildirib: "Mbappe hər iki oyunçunun yerini  doldura  bilməz. Neymar səviyyəsində oyunçular oynamadığı zaman onun  yerini doldurmaq mümkünsüzdür. Neymarın yeri görsənəcək".Qeyd edək  ki, Kavani və Neymar zədə səbəbindən "MY"a qarşı bu gecə oynamayacaq.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/729820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR