AFFA "Qəbələ"nin baş məşqçisini cəzalandırdı - 800 manat və...

AFFA "Qəbələ"nin baş məşqçisini cəzalandırdı - 800 manat və...
15:22 12 Fevral 2019
54 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.Milli.Az PFL-ə istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub:Azərbaycan Premyer Liqasının XVI turunun "Sabah" - "Qəbələ" matçının 45+1-ci dəqiqəsində  "Sabah"  klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.Oyunun  90+5-ci dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Zaur Haşımov  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur.Azərbaycan  Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Qarabağ" matçında  "Sumqayıt" klubunun 5 , "Qarabağ" klubunun   4 futbolçularının  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.Azərbyacan  Premyer Liqasının XVI turunun "Səbail" - "Zirə" matçının 81-ci dəqiqəsində  "Səbail"  klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.Azərbaycan Premyer Liqasının XVI turunun "Neftçi" - "Keşlə" matçında  "Keşlə" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/729864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR