“Arxadan badalaq verdi yıxıldım” - Bakıda telefon oğrusu saxlanıldı - VİDEO - FOTO

“Arxadan badalaq verdi yıxıldım” - Bakıda telefon oğrusu saxlanıldı - VİDEO - FOTO
15:37 12 Fevral 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda paytaxt sakini Şahin Mikayılova zor tətbiq edilərək mobil telefonu və 183 manat pulu əlindən alınıb.Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Amil Məmmədov saxlanılıb.Şahin Mikayılov - Zərərçəkən: "Mənə dedi ki, Nərimanova gedək, xalam oğlugildə çantam var. Arxadan badalaq verdi yıxıldım. Əlinin içiylə vurdu. Telefonu və pulu götürüb qaçdı".Amil Məmmədov - Saxlanılan şəxs: "Metroda telefonu götürüb danışmışam. Pilləkəni park tərəfdən qalxanda qaçmışam".Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonu ərazisində də oğurluq etdiyinə görə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib. Həmçinin A.Məmmədovun Nərimanov rayonunda daha bir mobil telefonunu dələduzluq yolu ilə ələ keçirdiyi də məlum olub.Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov RPİ-nə göndərilib.Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-cı Polis Şöbəsinə müraciət edə bilərlər.Milli.Az Videonu izləmək üçün şəklə klikləyin:
Oğurluqla məşğul olan şəxs saxlanılıb

Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/729875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR