“Real" üçün mümkün olmayan heç nə yoxdur”

“Real" üçün mümkün olmayan heç nə yoxdur”
15:57 12 Fevral 2019
81 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının baş məşqçisi Santyaqo Solari komandasının ÇL-də mümkün dördüncü qələbəsindən danışıb.Milli.Az Goal.az-a istinadən xəbər verir ki, çalışdırıcı buna can atdıqlarını gizlətməyib."Real" üçün mümkün olmayan heç nə yoxdur. Dördüncü dəfə möhtəşəm turnirin qalibi olmaq arzumuzdur. Buna can atırıq. Futbol arzuların gerçəkləşməsinə imkan verən vasitədir. Bəzən arzular suya düşə bilir. Gerçəkləşdirmək üçün özündə güc tapmalısan. Hər qələbədən sonra daha böyük uğur barədə düşünürsən. Yeni arzular doğur. Futbolun gözəlliyi bundadır", - çalışdırıcı deyib.Xatırladaq ki, Real Çempionlar Liqasının 1/8 final mərhələsində sabah "Ajax"ın qonağı olacaq.Solarinin komandası İspaniya çempionatında ikinci yeri tutur. Lider "Barcelona"dan 6 xal geri qalır.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/729893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR