Bakıda Avropa Klublar Birliyinin regional iclası keçirilib

Bakıda Avropa Klublar Birliyinin regional iclası keçirilib
16:02 12 Fevral 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakıda ilk dəfə Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib.
“Report” xəbər verir ki, “Qarabağ” klubunun təşəbbüsü ilə paytaxtda baş tutan iclasda Türkiyə, (“Beşiktaş”, “Fənərbaxça”, "Başakşehir") İsrail (Hayfa və Təl-Əviv “Makkabi”si), Rusiya (“Zenit”, MOİK), Moldova (“Daçia” və “Zimbru”) Belarus (Minsk “Dinamo”su) və Litva (“Jalgiris”), eləcə də Azərbaycanın “Neftçi”, “Qəbələ” və “Qarabağ” klublarının nümayəndələri iştirak edib.
Toplantıda 2021-24-cü illərdə reallaşacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.
Qeyd edək ki, martın 25-də Hollandiyanın paytaxtı Amsterdamda Avropa Klublar Birliyinin baş assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərək UEFA-ya təqdim olunacaq.
“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin İşçi qrupunun büro üzvüdür.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bakida-avropa-klublar-birliyinin-regional-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR