Dollar yaxın günlərdə BAHALAŞACAQ? - İqtisadçıdan ŞƏRH

“Yaxın günlərdə dolların qiymətinin qalxmasından söhbət gedə bilməz”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı İlham Əzizov bildirib.

Onun sözlərinə görə, ölkədə həm büdcə ehtiyatının vəziyyəti, həm də dolların başqa valyutalarla münasibəti onun yüksəlməsinə diqtə etmir:

Azərbaycanda rüb yeni başladığı üçün büdcədən ayırmalar olmayıb. Ona görə, dolların qalxması nəinki birinci rübün axrı, heç ikinci rübdə də gözlənilmir. Ətraf ölkələrdə də hazırda dollar çaxnaşması yaşanmır. Bizim valyutamızın sıx münasibətdə olduğu qonşu RusiyaTürkiyə millli valyutasında da hazırda sabitlik hökm sürür. Həmin sabitlik onu deməyə əsas verir ki, dolların yaxın günlərdə qalxması gözlənilmir”.

Qeyd edək ki, fevralın 12-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi hazırda 1,7000 manat təşkil edir.

Xəyalə Məmmədova / Metbuat.az

ÖLƏN qohumlarımız bizi GÖRÜR? – VİDEO – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR