Vergi Məcəlləsinə edilən dəyişiklik hansı təsirlərə malik olacaq?

Vergi Məcəlləsinə edilən dəyişiklik hansı təsirlərə malik olacaq?
13:22 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Banklara qoyulan depozitlərə vergi tətbiq olunması birmənalı qarşılanmır. Bu yeniliyin banklara müəyyən təsir göstərəcəyi qaçılmazdır.

KANAL S (REGİON TV) xəbər verir ki, bəzi banklar bundan sonra vətəndaşlar tərəfindən yatırılan depozitlərin həcminin azalacağından narahatdır. Bununla belə, indidən bu haqda dəqiq proqnoz verməyin tez olduğunu düşünənlər də var. Bir sözlə, nəyin necə olacağını gələcək göstərəcək. Hər halda, banklar vergi söhbəti ortaya çıxdıqdan sonra müəyyən ehtiyat tədbirləri görməyə başlayıblar.

Nərmin Cəlilova, bank işçisi: "İl başlayandan biz depozitlərə faiz ödənilməsini bloklaşdırdıq. Ancaq bu addım müştərilərimizin narazılığına səbəb olub. Əlbəttə, bu müvəqqəti xarakter daşıyır. Qanun qüvvəyə mindikdən sonra həmin məbləğlər barədə hesabatı Vergilər Nazirliyinə göndərəcəyik".

Təbii ki, hər bir vətəndaş pulunu inflyasiya və bu kimi amillərdən qorumaq, eləcə də puldan faydalanmağın yollarını düşünür. Hansısa sahəyə sərmayə yatıra bilməyən adamlar isə heç olmasa, pulu banka yatırmaqla zərəri müəyyən qədər də olsa qarşılamaq istəyirlər. Ancaq vergi məsələsinin ortaya çıxmasından sonra bu insanlar alternativ yollar aramaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, ötən ilin dekabrında parlamentdə Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, banklara qoyuluan depozitlərin faizlərinə 10 faiz vergi tətbiq olunub. Ancaq bu yenilik yalnız 2015-ci ildə yaranan faizlərə tətbiq olunur. Bu qayda isə 500 manatdan yuxarı depozitlərə şamil olunur.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/318997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR