"Transneft": Azərbaycanda baş vermiş zəlzələ Bakı-Novorossiysk boru kəmərinin işinə təsir etməyib

"Transneft": Azərbaycanda baş vermiş zəlzələ Bakı-Novorossiysk boru kəmərinin işinə təsir etməyib
16:36 12 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanda ötən gün baş vermiş zəlzələ Bakı-Novorossiysk boru kəmərinin işinə təsir etməyib.

Trend-in məlumatına görə, bunu “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin deyib.

O bildirib ki, neftin qəbulu və ötürülməsi plana uyğun şəkildə davam edir.

Bununla belə, o əlavə edib ki, qasırğa ilə əlaqədar “Transneft” Novorossiysk limanında neft və neft məhsullarının yüklənməsi işini dayandırıb:

“Ötən gün axşam saatlarında Novorossiyskdə qasırğa başlayıb. Küləyin sürəti saniyədə 17 metrə, dalğaların hündürlüyü 2,5 metrə çatıb. Bütün işlər dayandırılıb, qasırğanın bir sutka sonra səngiyəcəyi gözlənilir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3018263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR