ABŞ-dan Türkiyəyə “S-400” ÇAĞIRIŞI

ABŞ-dan Türkiyəyə “S-400” ÇAĞIRIŞI
16:38 12 Fevral 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Vaşinqton Ankaranı Rusiyanın raket əleyhinə müdafiə sistemlərini almamağa çağırır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bildirib.

“Biz Rusiyanın istənilən növ zenit-raket sistemlərinin müttəfiq ölkələr tərəfindən alınmasından narahatıq”, - o deyib.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə ABŞ “Patriot” sistemlərinin alınması təklifinə baxacaq, ancaq “S-400” Rusiya komplekslərindən imtina etməyəcək.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/269346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR