Azərbaycanda təzə gəlinin bütün cehizləri yandı

Azərbaycanda təzə gəlinin bütün cehizləri yandı
16:48 12 Fevral 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə 2 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Publika.az xəbər verir ki, Nizami küçəsində yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 2 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə yanğınsöndürmə birqadası cəlb olunub və yanğın söndürülüb.

Ev sahibəsi 59 yaşlı Fidaət Cəfərova bildirib ki, yanğın qəfil başlayıb və qonşular evdən tüstü çıxdığını görüblər: “Evdə oturmuşduq, yanğının nədən baş verdiyini heç özümüz də bilmirik. Qonşular qapını döydü ki, sizin eyvandan tüstü çıxır. Elə eyvana çıxanda evi alov aldı. Yenicə oğluma toy etmişdim gəlinimin bütün cehizləri yandı. Özüm də xəstə qadınam.İndi bilmirəm bizim halımız necə olacaq”.

Qeyd edək ki, hadisənin şokundan evin gəlini həyacan keçirib və halı pisləşib. Təcili yardım briqadası gənc qadına ilkin tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

Muxtar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/269351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR