Daha bir estetik qurbanı - Məhkəmədə isə.../ FOTOLAR

Adanada internetdən özünü "estetik mütəxəssisi həkim" kimi tanıdıb, aralarında tibb bacısının də olduğu "komanda" ilə biri kişi, 4 nəfərə dodaq plombu və botoks etdiyi səbəbilə 6 il həbs cəzasına məhkum edilən qadın bərbərinin mühakimə olunmasına davam edilib.


Metbuat.az türk mediasına istinadla xəbər verir ki, başqa bir cinayətə görə yatdığı Adanadakı açıq həbsxanasından qaçdıqdan sonra yaxalanıb Patnos Açıq Həbsxana İcra Qurumuna göndərilən müttəhimin təxminən 2,5 ay əvvəl yenə cəzaçəkmə yerindən qaçdığı bildirilib.

Patnos Açıq Həbsxana İcra Qurumundan məhkəməyə verilən məlumatda, müttəhim Gülnaz Camaatının törətdiyi "oğurluq" cinayətinə görə 5 il 3 ay qəti həbs cəzasının olduğu və bu cəzasını çəkərkən 28 noyabr 2018-ci ildə cəzaçəkmə yerindən qaçdığı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR