Günay İbrahimli aparıcı Azər haqda GÖRÜN NƏLƏR YAZDI: “Səninlə nəinki...”

Günay İbrahimli aparıcı Azər haqda GÖRÜN NƏLƏR YAZDI: “Səninlə nəinki...”
18:03 12 Fevral 2019
Ölkə mətbuatı
A- A+

“Azər nə məsələdir? Səninlə nəinki dostluq münasibəti heç üz-üzə gəldiyim də olmayıb. Bu foto da verilişində çəkilib. Statusun ikibaşlıdır, yaxşı mənada yazmısansa, ya aydınlıq gətir, ya da pis mənada yazmısansa, səbəbini izah et. Biz də bilək, şou-biznesi inkişaf etdirək”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli instaqramda onun şəklini paylaşaraq birmənalı qarşılanmayan status yazan aparıcı Azər Zahid haqqında qeyd edib.

Məlumat üçün bildirək ki, Azər Zahid bir neçə gün əvvəl Günay ilə şəklinə “Günay və səmimiyyət! İndi bu məşhurlar o qədər uzaq olublar ki, nə deyim! Şou biznesimiz inkişaf edir!” sözlərini yazaraq paylaşıb. Onun bu sözləri müğənnini özündən çıxarıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/269356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR