Lənkəran sakinində narkotik vasitə aşkarlanıb

Lənkəran sakinində narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Girdəni kənd sakini P.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun iş yerindəki anbardan gizlətdiyi əlavə 4 kiloqram 750 qram marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR