Hərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər

Hərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər
19:32 12 Fevral 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 fevral. REPORT.AZ/ Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən beynəlxalq “Qış təlimi - 2019” təlimində iştirak edirlər.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, təlimin ssenarisinə əsasən, hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər.
Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.





Xəbərin orijinal ünvanı: https://report.az/herbi/herbcilerimiz-beynelxalq-qis-telimi-2019-da-istirak-edirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR