Rəsmi qəzetdə ŞOK ELAN: Bu ölkədə 200 dollar maaşa cəllad axtarılır

Rəsmi qəzetdə ŞOK ELAN: Bu ölkədə 200 dollar maaşa cəllad axtarılır
19:47 12 Fevral 2019
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Şri Lanka hökuməti cəllad vəzifəsi üçün vakansiya elan edib.Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, ölkədə 43 il sonra edam cəzası yenidən tətbiq ediləcək. Narkotik ticarəti ilə məşğul olan şəxslər üçün ölüm cəzası nəzərdə tutulub və 2 ay ərzində icra edilməyə başlanacaq. Hökumət bu məqsədlə cəllad axtarışındadır.Rəsmi dövlət qəzeti "Daily News"da artıq elan verilib. Belə ki, 18-45 yaşlı, yüksək əxlaq və əqli sağlamlığa sahib şəxslər bu işə müraciət edə bilərlər. Cəlladlar üçün ayda 203 dollar maaş nəzərdə tutulub.Qeyd edək ki, Şri Lankanın sonuncu cəlladı 2014-cü ildə kariyerasını heç kimi öldürmədən başa vurmuşdu.Milli.Az
 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/730026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR