Onlayn mediaya maliyyə yardımının ayrılması təklif edilir

Onlayn mediaya maliyyə yardımının ayrılması təklif edilir
22:37 12 Fevral 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Onlayn medianın obyektiv və peşəkarlıq prinsipi əsasında fəaliyyəti üçün maliyyə yardımı ayrılmalıdır. Amma bunun tənzimlənməsi üçün ilk növbədə müvafiq qanun qəbul edilnməlidi. Məsələ MətbuatŞurası tərəfindən müzakirə edilib və təkliflər hazırlanıb.Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dövrün tələbinə uyğun olaraq onlayn media əlçatanlıq və operativlik baxımındançap mətbuatını üstələyir. Bu sahdə peşəkarlığın artırılması və obyektivliyin təmin olunması baxımından informasiya saytlarına maliyyə yardımı ayrılmalıdır. Mətbuat şurasının rəhbəri Əflatun Amaşov bu fikirdədir. Onun sözlərinə görəhazırda ölkədəki onlayn media resurslarında reklamla bağlı problemlər var. Bu isə onların keyfiyyətinə mənfi təsir edir.Əflatun Amaşov vurğulayıb ki, bu yardımın edilməsi ölkənin informasiya təhlükəsizliyinin təmini üçün də vacibdir. Belə olanhalda həmin saytlar yerli və ya xarici qüvvələrdən asılı vəziyyətə düşməz və obyektivliyini qoruyar. Lakin bu yardımın edilməsi üçün onlayn media ilə bağlı qanunun qəbuluna ehtiyac var. Bu məsələ bir neçə dəfə milli məclisdə də təklif edilibQeyd edək ki, Mətbuat Şurasının İdarə Heyətinin ötən gün keçirilən iclasında da bu məsələlər müzakirə edilib və müvafiq təkliflər hazırlanır.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/730070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR