Allahın seçdiklərindən olmaq istəyiriksə...

Allahın seçdiklərindən olmaq istəyiriksə...
22:42 12 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Allaha iman etmiş bəndənin bu dünyadakı ən böyük amalı Yaradanın razılığını qazanmaqdır. Bu razılığı əldə etməyin müxtəlif yolları və vasitələri mövcuddur. Amma bəzi əməllər var ki, bu razılığa daha qısa yolla qovuşdurur. Zənnimizcə bu əməllərdən ən üstünlərindən biri də fədakarlıqdır. Fədakarlıq - yəni öz şəxsi mənafeyini ümumi işə və ya başqalarının işinə fəda etmə, həsr etmə, bu uğurda fədakarcasına çalışma, səy göstərmə.Fədakarlığın da müxtəlif dərəcələri olur. Kimin fədakarlığı avtobusda ayağa qalxıb öz yerini uşaqlı qadına verməklə məhdudlaşır, kim də müqəddəs amallar uğrunda canından belə keçməyə hazırdır və tələb olunduqda keçir də.Milli.Az islam.az-a istinadən bildirir ki, fədakarlıq Allah qatında yüksək dəyərləndirilir. Tanrı yaratdığının ona bəxş etdiyi nemətlərin digər bəndələr üçün xərcləməsini bəyənir. Əbəs yerə deyil ki, Allah fədakarlığın ən üstün dərəcəsinə çatmış bəndələrini - şəhidləri - daha üstün, daha əziz, seçilmişlər olduğunu bəyan edir: "Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin" ("Ali-İmran", 140). Bu mətləbi, bu həqiqəti anlayan hər bir bəndə, sözsüz ki, şəhidlik məqamına yüksəlmək arzusundadır. Amma bu da hamıya nəsib olmur. Ayədən də göründüyü kimi, Allah şəhidləri ÖZÜ seçir...Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Onun geniş təqdimata artıq ehtiyacı yoxdur. Allah onu seçdi və dərgahına ucaltdı. Eyni zamanda Mübarizin xalqın qəlbində məhəbbət tapması da İlahi təqdirdir: "Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım" ("Ta Ha", 39). Allah Mübarizi seçdi və azərbaycanlılara təqdim elədi. Bu isə düşünən insanlar üçün bir çox mətləblərdən xəbər verir. Kamil, Allahın görmək istədiyi biçimdə insan olmaq arzusunda olanlar Mübarizdən nümunə götürməlidi. Onun kimi olmaq üçün, onun kimi bu həyata vida etmək üçün isə onun kimi yaşamaq, bu dünyanın dolanbac yollarında azmamaq, Allahın nəzərini cəlb etməyə çalışmaq, ən əsası da - fədakar olmaq lazımdı. Bunu hər kəs öz biçimində edə bilsə, o zaman ölkəmiz də, dünyamız da, sonda isə axirətimiz də gülüstana çevriləcək.Fədakar olaq ki, sonda Allah da bizi seçsin.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/729299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR