Bir şəxsin uzun müddət qəza namazları qalıbsa, onları hansı ardıcıllıqla qılmalıdır?Qəza namazlarını hansı ardıcıllıqla qılmaq barədə həm keçmiş, həm də müasir müctəhidlərin fətvalarında bəzi fərqlər vardır. Bəzi fətvalara görə, qəza namazları günlər üzrə ardıcıllıqla qılınmalıdır. Yəni əvvəlcə ən keçmiş günün qəzaları qılınıb qurtarmalı, bundan sonra o biri (sonrakı) günün qəzalarına keçilməlidir. Bəzi alimlər bir günün namazlarını qəza edərkən, ardıcıllığı qorumağı məsləhət bilirlər, yəni əvvəlcə sübh, sonra zöhr və əsr, daha sonra məğrib və işa namazları qəza edilsin. Bəzi alimlər isə ardıcıllığa riayət etməyi lazım bilmirlər. Bu məsələdə ya təqlid edilən müctəhidin fətvası əsas tutulmalı, ya da ehtiyata uyğun olaraq, günlər və namazlar arasında ardıcıllıq qorunmalıdır.Milli.Az islam.az-a istinadən bildirir ki, lakin hər bir halda əsas şərt budur ki, əda halında ardıcıllığı qorunmalı olan namazların qəzasında da ardıcıllıq qorunsun. Yəni əda şəklində əsr namazı zöhr namazından sonra qılınmalıdır, ondan qabaq qılınsa batildir. Eləcə də, məğrib namazı işa namazından qabaq qılınmalıdır. Bu namazların qəzasını da yerinə yetirərkən, eyni qayda gözlənməlidir. Bir günün həm zöhr, həm də əsr namazları qəzaya getmişsə, əvvəlcə zöhr, sonra əsr namazı qəza edilməlidir. Məğrib və işa namazlarında da bu qaydaya riayət olunmalıdır.Milli.Az
Bir şəxsin uzun müddət qəza namazları qalıbsa...
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Mübariz Qurbanlıya
25 Aprel 2024
09:10
Bakıda süpürgəçi qadının görüntüsü maraqla qarşılandı -
25 Aprel 2024
08:53
FİFA və UEFA Türkiyəyə sərt cəza verəcək? -
25 Aprel 2024
08:25
Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəldi
25 Aprel 2024
03:18
Krım körpüsü bağlandı
25 Aprel 2024
01:15
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirildi
25 Aprel 2024
00:18
Ölkə kuboku əlavə prestijdir -
24 Aprel 2024
23:45
Lənkəranda keçmiş polis anasına görə öz həyatına qəsd etdi -
24 Aprel 2024
23:05
Tanınmış meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi
24 Aprel 2024
22:48
"Qarabağ" - "Neftçi" oyununda vurulan qol diqqət çəkdi -
24 Aprel 2024
22:28