Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı AXC-Müsavat cütlüyünün ağır mirasıdır

Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bilirsiniz, mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, tam əminəm, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Tam əminliklə bunu deyirəm. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə, ölkəmizin maraqlarını qoruya bilməmişlər".

İlham Əliyev bildirib ki, xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olmuşdur:

"O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi və çevriliş ərəfəsində Şuşa, Laçın işğal altına düşmüşdü. Çevrilişdən bir il keçmədən - 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdü və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yarandı. Heydər Əliyev buna heç vaxt imkan verməzdi. Çünki onun siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan verə bilməzdi ki, bizim torpaqlarımız işğal altına düşsün. Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR