İsraildə turistlərə kirayəyə verilən mənzillərin vergisi ikiqat artırıla bilər

İsraildə turistlərə kirayəyə verilən mənzillərin vergisi ikiqat artırıla bilər
07:22 13 Fevral 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

Təl-Əviv şəhər bələdiyyəsinin verdiyi təklifə əsasən, Şəhər Şurasında ildə üç aydan az müddət üçün kirayəyə verilən mənzillərə görə tutulan verginin ikiqat artırılması müzakirə edilir. Bu barədə yekun qərarın isə fevralın 18-də verilməsi gözlənilir.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bələdiyyəyə görə, son illərdə ev sahiblərinin onlayn sifariş xidməti əsasında qısa müddətə kirayəyə verdikləri mənzillərin sayında ciddi artım var. Bu, yerli sakinlərin kirayə xərclərinin kəskin şəkildə artmasına şərait yaradır və normal həyat şərtlərinin pozulması təhlükəsi meydana gəlir.Problemi həll etmək və turistlərə kirayəyə verilən mənzillərin sayını azaltmaq məqsədilə bələdiyyə daşınmaz əmlakın hər kvadratmetrindən tutulan verginin dərəcəsini iki dəfədən çox - 14,3 ABŞ dollardan (şəhər üzrə orta göstərici bu qədərdir) 33,1 dollara qaldırmağı təklif edib.Qeyd edək ki, son iki ildə İsrailə turist axını 40 faizədək artıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/729869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR