Neft haqda qorxunc proqnoz

Neft haqda qorxunc proqnoz
13:32 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Neft 35 dollara düşəcək

Anspress "Rosbalt"a istinadla xəbər verir ki, səhər saatlarına olan məlumata əsasən, tərkibində Şimal dənizi qarışığı olan Brent markalı bir barel neftin dəyəri 2,59% enərək 46,21 dollara düşüb. WTI markalı yüngül neftin qiyməti isə 1,07% azalaraq 45,58 dollara enib.

Ekspertlər "qara qızıl"ın qiymətinin 35 dollaradək düşməsini proqnozlaşdırırlar. Nyu-Yorkda yerləşən "Bank of America"nın nümayəndəsi Blanş Fransisko deyib ki, bu, ən yaxın gələcəkdə baş verəcək. Ona görə ki, neftin dəyərinin düşməsinə reaksiya yavaşıyıb.

Nyu-Yorkda "Societe Generale SA" tədqiqat bölməsinin başçısı Mayk Uitnner bildirib ki, biz bir barelin 40 dollardan aşağı düşməsinə hazırlaşırıq.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/318999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR