Ən yüksək qazanclı basketbolçuların adları açıqlanıb

Ən yüksək qazanclı basketbolçuların adları açıqlanıb
16:27 13 Fevral 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ NBA-da çıxış edən ən yüksək qazanclı basketbolçuların adları açıqlanıb.
“Report” “Forbes”ə istinadən xəbər verir ki, siyahıya “Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms başçılıq edir. Onun cari mövsüm üçün nəzərdə tutulan gəliri 88,7 milyon dollardır. Bu məbləğin 53 milyonunu reklam müqavilələrindən əldə olunan vəsait təşkil edir.
İkinci yerdə 79,5 milyon dollarlıq göstərici ilə “Qolden Steyt”in oyunçusu Stefan Karri qərarlaşıb. “Üçlüy”ü onun komanda yoldaşı Kevin Dyurant qapayıb. Onun qazancı 65 milyon dollardır.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın "L'Équipe" nəşri Avropanın 5 aparıcı çempionatında çıxış edən ən yüksək ödənişli 10 futbolçunun siyahısını açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/en-yuksek-qazancli-basketbolcularin-adlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR