Goranboyda 33 ev quşunu oğurlayanlar saxlanılıblar

Goranboyda 33 ev quşunu oğurlayanlar saxlanılıblar
23:08 13 Fevral 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Goranboyda 33 ev quşunu oğurlayan şəxslər saxlanılıblar.

DİN-dən Trend-ə verilən məlumata görə, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən fevralın 9-da rayon ərazisindəki həyətyanı sahələrin birindən 11 ev quşu oğurlamaqda şübhəli bilinən Səmədabad kənd sakinləri A.Xəlilov, E.Əsədov və R.Hüseynov saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 6-na keçən gecə Səmədabad kəndindəki daha bir həyətdən 22 ev quşunu oğurlamaları da müəyyən edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3018997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR