Ermənistanda ara qarışdı

Ermənistanda ara qarışdı
13:36 14 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhərində avtomobil yürüşü keçiriləcək.

ANS PRESS-in məlumatına görə, yürüş iştirakçıları yeddi nəfərdən ibarət Avetisyanovlar ailəsinin altı nəfərini öldürmüş 102-ci hərbi bazanın əsgəri Valeri Permyakovun erməni hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edəcəklər. Avtomobil aksiyası Gümrüdəki hərbi şəhərcikdə start götürərək Rusiya konsulluğunun binası qarşısında davam edəcək. Aksiya Surb Nşan kilsəsində başa çatacaq. Burada Avetisyanovlar ailəsinin xatirəsi yad ediləcək. Öldürülənlərin yanranın 16-da dəfn ediləcəyi gözlənilir.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə Avetisyanov ailəsinin altı üzvü güllələnərək öldürülmüşdü. Sonradan qətli Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən törədildiyi məlum olmuşdu. Bundan sonra Ermənistanda Rusiya əleyhinə aksiyalar alovlanmışdı. Aksiyalarda Rusiya prezidenti Vladimir Putinin Ermənistandan üzr istəməsini istəyənlərdən də var idi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR