Putin, Ərdoğan və Ruhani Soçidə Suriya problemini müzakirə edəcək

Putin, Ərdoğan və Ruhani Soçidə Suriya problemini müzakirə edəcək
06:47 14 Fevral 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib ƏrdoğanHəsən Ruhani cümə axşamı Soçidə Suriya probleminin nizamlanması üzrə növbəti üçtərəfli sammiti keçirəcəklər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Danışıqlar zamanı Suriya Ərəb Respublikasındakı vəziyyətin uzun müddət normallaşdırılması məqsədi ilə gələcəkdə birgə addımların atılmasının nəzərdən keçirilməsi planlaşdırılır", - deyə məlumatda bildirilir.
Liderlər sammit çərçivəsində həmçinin öz aralarında ikitərəfli görüşlər də keçirəcəklər.
Gözlənildiyinə görə, danışıqların əsas mövzuları arasında Suriya konstitusiya komitəsinin formalaşdırılması, İdlibdə və Suriyanın şimal-şərqindəki kürd ərazilərində vəziyyət, həmçinin Amerika qoşunlarının ərəb respublikasından çıxarılmasının planlaşdırılması və digər problemlər var.

Xəbərin orijinal ünvanı: https://report.az/region/putin-erdogan-ve-ruhani-socide-suriya-problemini-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR