Goranboyda ev quşu oğruları saxlanıldı

Goranboyda ev quşu oğruları saxlanıldı
06:53 14 Fevral 2019
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda 33 ev quşunu oğurlayan şəxslər saxlanılıblar.

DİN-dən Publika.az-a verilən məlumata görə, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən fevralın 9-da rayon ərazisindəki həyətyanı sahələrin birindən 11 ev quşu oğurlamaqda şübhəli bilinən Səmədabad kənd sakinləri A.Xəlilov, E.Əsədov və R.Hüseynov saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 6-na keçən gecə Səmədabad kəndindəki daha bir həyətdən 22 ev quşunu oğurlamaları da müəyyən edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/269524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR