Bu sistem insanı istənilən rakursdan tanıyır

Bu sistem insanı istənilən rakursdan tanıyır
08:32 14 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Öz kimliyini ətrafdakılardan gizlətmək daha da çətinləşir. Başlıq, tibbi maska və qara eynəklə sifətin gizlədilməsi kimi köhnəlmiş üsullar artıq aktual deyil. "NEC" şirkəti tərəfindən təqdim edilmiş süni intellekt əsasında işləyən sistem insanı onun bədəninin bir hissəsinə görə də tanımaq qabiliyyətinə malikdir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ideya konkret vizual görüntülərə deyil, fərdin ətraf mühitə reaksiyasını və hərəkət tərzini təhlilinə əsaslanır. İnsan sifətinə maska taxa bilər, amma beli bükmək, yoldan keçənlərə yol vermək və ya kəsişmələrdə boylanmaq kimi vərdişləri gizlətmək mümkün deyil. Süni intellekt sistemi fərdin keyfiyyətli ilkin təsviri əsasında onun davranışını təhlil etmək və müxtəlif vəziyyətlər üzrə görünüşünü modelləşdirməklə özü insanın sonrakı izlənməsi üçün lazımi profil yaradır.
 
Bu texnologiya rəsmi şəkildə mürəkkəb şəraitdə insanların hərəkətinə nəzarət üçün nəzərdə tutulub. Məsələn, eyni uniforma geyinmiş əməkdaşlar obyektdə işləyir və sabotajçının kimliyini müəyyənləşdirmək lazımdır. Sistem insanı istənilən rakursdan 90% dəqiqliklə tanımaq qabiliyyətinə malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/729956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR