Fələstinin büdcəsinə 60 milyon dollar köçürüldü

Fələstinin büdcəsinə 60 milyon dollar köçürüldü
09:12 14 Fevral 2019
70 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə İnkişaf Fondu son üç ay ərzində Fələstin hökumətinin Rəmallahda yerləşən yerli administrasiyasının büdcəsini dəstəkləmək üçün Fələstin Maliyyə Nazirliyinə 60 milyon dollar köçürüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Səudiyyənin SPA agentliyinə krallığın Misirdəki səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi nümayəndəsi Osama bin Əhməd Nakli deyib.

"60 milyon dollar həcmində məbləğ krallığın 2018-ci ilin noyabr, dekabr, 2019-cu ilin yanvar ayları ərzində Fələstin administrasiyasının büdcəsinə töhfədir. Səudiyyə Ərəbistanı Fələstin problemini bütün istiqamətlərdə - siyasi, iqtisadi və humanitar sahələrdə dəstəkləyir", - deyə səfir bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/730402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR