"Çelsi" Jiruya 45 milyon avroya əvəzləyici tapıb

"Çelsi" Jiruya 45 milyon avroya əvəzləyici tapıb
10:27 14 Fevral 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubu futbolçusu Olivye Jiruya əvəzləyici tapıb.
“Report” “Bild”ə istinadən xəbər verir ki, “zadəganlar” yayda müqaviləsinin müddəti başa çatacaq 33 yaşlı fransalı forvardın yerinə hazırda icarə əsasında Almaniyanın “Ayntraxt” komandasında çıxış edən Luka Yoviçi transfer etmək istəyirlər.
“Çelsi”nin müqavilə ilə Portuqaliya təmsilçisi “Benfika”ya məxsus olan 21 yaşlı serbiyalı hücumçu üçün 45 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Yoviç cari mövsümdə iştirak etdiyi 27 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə verib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/celsi-jiruya-45-milyon-avroya-evezleyici-tapib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR