Trampdan alçaldıcı ifadə: "Puldan başqa heç nəyi yoxdur"

Trampdan alçaldıcı ifadə: "Puldan başqa heç nəyi yoxdur"
10:43 14 Fevral 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

“Səudiyyə Ərəbistanı bizim Suriyada qalmağımızı istəyirsə, pul ödəməlidir”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

Ağ evin rəsmi səhifəsində yer alan xəbərə görə, prezident fikirlərini ABŞ-ın Yaxın Şərqdəki müharibələrə 7 trilyon dollar xərcləməsi ilə əsaslandırıb. Tramp ölkəsinin müdafiə xərclərinə çox pul ayırdığını dilə gətirib:

“İndi müdafiə üçün 5 milyard dollar xərcləyirik. Nümunə olaraq Cənubi Koreyanı göstərə bilərik. Bu ölkədə qalmaq bizə ildə 5 milyard dollara başa gəlir, ancaq bunun qarşılığında biz onlardan 500 milyon dollar alırıq. Bundan daha yaxşısını etməliyik. Buna görə də Cənubi Koreya bizə əlavə 500 milyon dollar ödəməyə razı oldu, məbləğ daha da artacaq”.

Cənubi Koreyadan sonra Səudiyyə Ərəbistanı ilə bağlı fikrini bildirən Tramp eyni məsələnin bu ölkə üçün də keçərli olduğunu deyib.

“Biz Səudiyyə Ərəbistanını qoruyuruq və onların puldan başqa heç nəyi yoxdur".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/269540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR