Yaponiya Kuril üzrə yeni strategiyaya keçdi

Yaponiya Kuril üzrə yeni strategiyaya keçdi
11:33 14 Fevral 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiya Rusiya ilə sülh razılaşması üzrə danışıqların strategiyasını təkrar gözdən keçirmək niyyətindədir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda hökumətdəki mənbələrə istinadən “Jiji” agentliyi bildirib.

Məlumata görə, Yaponiyanın baş naziri Sindzo Abe Osakada iyunun sonunda keçiriləcək G20 (“Böyük iyirmilik”) sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşdə Kuril üzrə çərçivə razılaşmasına nail olmağı planlaşdırırdı, ancaq bunun həyata keçirilməz olduğunu anladı. Qeyd edilir ki, baş nazir belə nəticəyə bu ilin yanvar ayında Rusiya lideriylə görüşdən sonra gəlib.

Yüksəkvəzifəli məmurun sözlərinə görə, danışıqlarda bir neçə ay ərzində nəyəsə nail olmaq prinsip etibarilə mümkün deyil.

Materiala görə, strategiyanın dəyişməsini Abenin bu yaxınlarda parlament dinləmələrində etdiyi çıxışı da göstərir. Bildirilir ki, Tokio hökumət başçısının öz səlahiyyət müddətinin sonuna qədər bu məsələni həll edə biləcəyinə şübhə edirlər. Amma Abe daha əvvəl sülh müqaviləsi məsələsində “nöqtə qoymağa” söz verib.

Qeyd edək ki, Rusiya və Yaponiya İkinci Dünya müharibəsinin nəticələrinə görə, sülh müqaviləsinin bağlanması məqsədi ilə məsləhətləşmələr aparır. Danışıqlarda əsas problem Tokionun “şimal əraziləri”nə iddiasıdır.

Yaponiya 1855-ci il tarixli ticarət və sərhədlər barədə ikitərəfli traktatı əsas tutaraq İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddia edir. Rəsmi Tokio adaların qaytarılmasını Rusiya ilə sülh anlaşmasının bağlanmasının şərti olaraq qoyub. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib və onların üzərində Rusiyanın suverenliyi heç bir şübhə doğurmur.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/269549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR