Lotereyadan milyonlar qazandı

Lotodan 1 milyon funt-sterlinq qazanan Yamaykalı şəxs kimliyi məlum olmasın deyə uduşunu almağa qorxu filmi Scream seriyasındakı "Ghost face" paltarında gedib.


Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, lotonu udan dünyanın ən çox cinayət göstəricilərindən birinə malik olan məmləkətində başına bir şey gəlməsin deyə, tam 54 gün boyunca kimliyini gizlədib.

Ortaya çıxmağa qərar verəndə isə bir ləqəb seçib. Mükafatını almağa gələrkən "Scream" filminin maskasını taxıb, uzun bir parça və qara əlcək geyib.

Kiçik müəssisə sahibi olduğunu söyləyən adam, "Gözəl bir ev almaq istəyirəm. Hələ ki, tapmadım, amma yaxında bir dənə axtaracağam. Pulla məşğul olmağı sevirəm. Yəni pulumu artıran şeylərə baxıram. Çünki pul qazanmağı sevirəm. Kiçik bir işim var, böyütməyi planlaşdırıram" deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR