Vahid Ələkbərov: "OPEC+in taleyi İranla bağlı vəziyyətə aydınlıq gələndən sonra müəyyənləşəcək"

Vahid Ələkbərov: "OPEC+in taleyi İranla bağlı vəziyyətə aydınlıq gələndən sonra müəyyənləşəcək"
11:57 14 Fevral 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ "OPEC+in sazişinin taleyi İrana qarşı sanksiyalarla bağlı vəziyyətin aydınlaşmasından sonra aprel ayında müəyyənləşəcək".
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
"Hər şey apreldə İran ətrafındakı vəziyyətin necə inkişaf edəcəyindən, sanksiyaların nə dərəcədə güclü olacağından asılı olacaq", - o deyib.
Qeyd edək ki, ötən il dekbarın 7-də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və kartelə daxil olmayan ölkələrin nazirlərinin Vyana şəhərində keçirilən V iclasında neft hasilatının 2018-ci ilin oktyabr göstəricisi ilə müqayisədə gündəlik 1,2 milyon barel azaldılmasına dair razılıq əldə edilib. Yeni qərara əsasən, 2019-cu il yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatı təxminən 20 min barel azaltmaqla bağlı öhdəlik götürüb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/vahid-elekberov-opec-in-taleyine-aprelde-aydinliq-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR