Mikayıl Cabbarov: “İri vergi ödəyiciləri ilə bağlı risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdülməsinə ehtiyac var”

Mikayıl Cabbarov: “İri vergi ödəyiciləri ilə bağlı risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdülməsinə ehtiyac var”
12:12 14 Fevral 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Vergi administrasiyasının əsas vəzifələrindən biri hər bir kateqoriyadan olan vergi ödəyicilərinə fərdi yanaşmalar formalaşdırmaqdan ibarətdir. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclasında vergilər naziri Mikayıl Cabbarov deyib.
İri, orta və kiçik sahibkarlıq subyektləri ilə iş prinsiplərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edən M.Cabbarov kölgə iqtisadiyyatı ilə mübarizədən də söz açıb:
“İri vergi ödəyiciləri ilə iş prinsipində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdülməsinə, elektron auditin tətbiqi siyasətinə üstünlük verilməsinə, orta sahibkarlıq subyektlərinə münasibətdə “kölgə iqtisadiyyatı”nın elemetlərinin aradan qaldırılmasına, kiçik sahibkarlara münasibətdə isə dürüst və şəffaf vergi uçotunun formalaşdırılmasının təmin olunmasına, sahibkarlıq subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə, xidmət sektorunun genişləndirilməsi və maarifləndirmənin aparılmasına üstünlük verilməlidir. Kiçik sahibkarlar arasında könüllü əməletmə səviyyəsini yüksəltmək məqsədilə onların təqdim etdiyi hesabatlılıq sisteminin sadələşdirilməsinə ehtiyac var”. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mikayil-cabbarovdan-iri-vergi-odeyicileri-ile-bagli-aciqlama

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR