Bakı. Trend:
Ağdaş şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 13-də saat 16 radələrində Ağdaş şəhəri ərazisində şəhər sakini H.Azəri idarə etdiyi “VAZ-21013” markalı avtomobili qarşıda gedən Zaqatala rayon sakini Ş.Məmmədovun idarə etdiyi ekskavatora vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Azəri orada ölüb.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin