​"EKTİS ilk dəfə pilot layihə şəklində Şəki və Quba rayonlarında həyata keçiriləcək" - Vüqar Hüseynov

"EKTİS ilk dəfə pilot layihə şəklində Şəki və Quba rayonlarında həyata keçiriləcək".

Metbuat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, sözügedən rayonlarda fəaliyyət göstərən fermerlərin məlumatları ilkin olaraq sistemə daxil ediləcək, onların əkin sahələri haqqında məlumatlar tam şəkildə sistemə daxil olduqdan sonra bizdə artıq ilkin məlumatlar bazası, datalar formalaşacaq. Bu datalar əsasında iki rayon ərazisində test üçün məlumatları nəzərdən keçirəcəyik. Bu proseslər sonra mərhələli şəkildə digər bölgələrimizi də əhatə edəcək. Fermerlərin məlumatlarının daxil edilməsi üçün öncə onların bu haqda məlumatlandırılması vacibdir. Bunun üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri, bizim təlimçilər, Aqrar İnkişaf könüllüləri, nazirlik aparatı xüsusi ilə də İnformasiya Texnologiyaları və Elektron Tətbiq departamenti müvafiq işlərə başlayıb. Qısa müddətə pilot layihə üçün nəzərdə tutulan rayonlarda iş başa çatdıqdan sonra nəticələr barədə media məlumatlandırılacaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR