Türkiyə və Avstriya arasında “Bozqurd” QALMAQALI

Türkiyə və Avstriya arasında “Bozqurd” QALMAQALI
13:38 14 Fevral 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Xarici İşlər Nazirliyi Avstriya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan bir sənəddə Türkiydə qanuni bir siyasi partiyanın simvolu olan “Bozqurd” işarəsinin PKK terror təşkilatının simvolu ilə eyni siyahıda yer almasına sərt reaksiya göstərib.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, nazirlik Avstriya Daxili İşlər Nazirliyinin bu qərarını skandal adlandırıb.

“Bütün xəbərdarlıqlarımıza baxmayaraq, ölkəmizdə qanuni bir siyasi partiyanın simvolu olan “Bozqurd” simvolunun PKK kimi əliqanlı bir terror təşkilatının simvoluyla eyni siyahıda yer alması tam bir skandaldır. Avstriya parlamentdə qəbul edilən və qanuniləşmə prosesi tamamlanan “Simvol Aktı”nı bir daha şiddətlə qınayırıq”, - Türkiyənin xarici siyasət idarəsindən bildirilib.

Bildirilir ki, Avstriyanın ikitərəfli əlaqələrə ciddi təsir göstərəcək bu addımdan imtina etməsi gözlənilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/269571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR