Böyük Britaniyanın dövlət katibi Azərbaycana dəvət olunub - FOTO

Böyük Britaniyanın dövlət katibi Azərbaycana dəvət olunub - FOTO
13:47 14 Fevral 2019
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçiriləcək Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili və YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ölkəmizin sədrliyi ilə bağlı təqdimatın keçirilməsi məqsədilə Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.

Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ə.Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində həmin ölkənin incəsənət, irs və turizm üzrə dövlət katibi Maykl Ellis ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Nazir qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı, muzey, kitabxana, mədəni irsin qorunması, teatr və musiqi sahələrində əlaqələr gündən-günə inkişaf edir. Hazırda Azərbaycan tərəfi mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi üçün Britaniya təcrübəsini ciddi araşdırır və bu məqsədlə Britaniya Şurası (British Council) ilə əməkdaşlıq edir.

M.Ellis bildirib ki, mədəniyyət sahəsində müvafiq istiqamətlər üzrə ölkəmizlə əməkdaşlığa hazırdır. Azərbaycanın YUNESKO-dakı rolunu yüksək qiymətləndirən dövlət katibi Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının təşkilində uğurlar arzulayıb.

Ə.Qarayev 2-3 may 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində təşkil olunacaq YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə geniş məlumat verərək həmkarını ölkəmizə səfər etməyə dəvət edib.

Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində anlaşma memorandumunun imzalanması və onun əsasında fəaliyyət planının hazırlanması qərara alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/730505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR