Səbaildə dənizə düşən şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Səbaildə dənizə düşən şəxsin meyiti tapılıb (YENİLƏNİB)
13:50 14 Fevral 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

İlk xəbər saat 12:36-da yayımlanıb

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda dənizə düşmüş 1968-ci təvəllüdlü Zeynalova Qəşəng Nürəddin qızının axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Q.Zeynalovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

XXX

saat 12:36

Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3019438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR