"PSJ Çempionlar Liqasının qalibi olacaq" - Neymar

"PSJ Çempionlar Liqasının qalibi olacaq" - Neymar
14:17 14 Fevral 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin futbolçusu Neymar komandasının Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.

Milli.Az xəbər verir ki, braziliyalı hücumçu Paris təmsilçisinin qitənin ən nüfuzlu klub turnirində çempion olacağını deyib:

"PSJ Çempionlar Liqasının qalibi olacaq. Komanda yalnız məndən ibarət deyil. Əla oyunçulardan ibarət, dahi baş məşqçiyə sahib olan mükəmməl bir komandayıq. Bundan əlavə PSJ azarkeşləri də 12-ci oyunçu kimidirlər. Mütləq çempion olacağıq".

Qeyd edək ki, PSJ 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Mançester Yunayted"ə 2:0 hesabı ilə qalib gəlib.

Elçin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/730503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR