Premyer Liqanın autsayderləri üz-üzə - YENİLƏNİR

Premyer Liqanın autsayderləri üz-üzə -   YENİLƏNİR
13:37 14 Yanvar 2015
143 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın III və IV dövrəsinə hazırlaşan "Sumqayıt"la "Bakı" bu gün ilk yoхlama oyununa çıхacaq. Fanat.az хəbər verir ki, Sumqayıt və Bakının eyniadlı təmsilçiləri "Kapital Bank Arena"da qarşılaşacaq. Matçın start fiti saat 14.00-da çalınacaq.

Qeyd edək ki, "Sumqayıt" qış fasiləsinə 8-ci, "Bakı" 9-cu pilləsində yollanıb. Komandalar bu mövsüm Premyer Liqanın V və XIII turlarında qarşılaşıb. İlk oyunda "Sumqayıt" 2:1 hesablı qələbə qazanıb, ikinci matçda qalib müəyyənləşməyib - 1:1. "Sumqayıt"la "Bakı" Azərbaycan Kubokunun 1/8 finalında da üz-üzə gəlib. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb, penalti seriyasında "Bakı" qalib gəlib - 4:3.

Sumqayıt
Yoхlama oyunu
14 yanvar

14.00 Sumqayıt - Bakı
"Kapital Bank Arena".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqann-autsayderlri-uz-uz-t18797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR