OPEC+ apreldə müddətsiz nizamnamə imzalaya bilər

OPEC+ apreldə müddətsiz nizamnamə imzalaya bilər
15:42 14 Fevral 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ OPEC+ sazişinə qoşulan ölkələrin müddətsiz əməkdaşlığına dair xartiya nazirlərin aprelin 17-18-də keçirilməsi planlaşdırılan növbədənkənar görüşündə imzalana bilər.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
O qeyd edib ki, xartiya hazırlanma mərhələsindədir: “Xartiya uzunmüddətdir ki, müzakirə olunur, sadəcə olaraq indi onu yekunlaşdırmaq və qəbul etmək zamanı gəlib. Xartiya mart ayında keçirilməsi planlaşdırılan monitorinq komitəsinin iclasında da müzakirə olunacaq. Aprel ayında isə nazirlərin görüşündə imzalanma ola bilər”.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-aprelde-muddetsiz-nizamname-imzalaya-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR